“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev
Əsas səhifəHaqqımızda

Haqqımızda

aboutUsImage

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsi tələbələrin hüquqlarını qoruyan yeganə təşkilatdır. THİK universitetdə tələbələri ictimai işlərə cəlb edərək bu istiqamətdə formalaşması, yataqxana ilə təmin olunması, universitetin daxili nizam-intizam qaydalarına riayət etməsi, tələbələrin asudə vaxtlarının dəyərləndirilməsi, yay düşərgələrinin təşkili, universitetin ictimai həyatı və elmi cəhətdən fərqlənən THİK fəallarının mükafatlandırılması istiqamətində fəaliyyət göstərir.


ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin özündə bir çox klubu birləşdirir və tələbələrin bu kurslardan faydalanmalarını təmin edir.

icon

İttifaqın struktur genişliyi və üzv sayı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) Rəyasət Heyəti 17 nəfərdən, o cümlədən, Sədr,müavin və müvafiq olaraq 9 fakültə sədrindən ibarətdir. Universitetdə təhsil alan bütün tələbələr THİK-nin üzvüdür.

ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində olan klublarımız və onlar haqqında məlumatı aşağıdakılardır.