Xəbərlər
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarını 6 medalla başa vurublar
Bolqarıstanın Albena şəhərində keçirilən Müəllimlərin XXII Yay İdman Oyunlarına yekun vurulub.
Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirak etdiyi beynəlxalq yarışlarda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) təmsilçiləri uğurlu nəticələr əldə ediblər.
ETİHİ təmsilçiləri yarışları 4 birincilik və 2 üçüncülük olmaqla, ümumilikdə 6 mükafatla başa vurublar.
Mini-futbol üzrə komandamız final görüşündə Polşa təmsilçisini 5:4 hesabla məğlub edərək turnirin qalibi olub.
Stolüstü tennis üzrə komanda yarışlarında qadınlardan ibarət komandamız 1-ci, kişilərdən ibarət komandamız isə 3-cü yeri tutub.
Qadınlar arasında stolüstü tennis üzrə fərdi yarışda Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin məşqçi-müəllimi Rüfət Əliyeva 1-ci, Xətai rayonu 56 saylı tam orta məktəbin müəllimi Xəyalə Qiyasova isə 3-cü yeri tutub. Şahmat üzrə fərdi yarışda isə Şəmkir rayonu Kimya və Biologiya Təmayüllü Liseyinin müəllimi Bünyad Əsgərov 1-ci yerə layiq görülüb.
Sonda qaliblər Bolqarıstan Müəllimlər Birliyinin prezidenti Yanka Takeva, Bolqarıstan Müstəqil Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Todor Kapitanov, Bolqarıstan İşçilərinin İdman və Sağlamlıq Federasiyasının prezidenti, Balkan İşçi İdmanı Assosiasiyasının vitse-prezidenti Desislava Yagodin və Varna şəhərinin meri Blagomir Kotsev tərəfindən kubok və medallarla təltif olunublar.
Beynəlxalq yarış təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqində, eləcə də həmkarlar ittifaqı üzvləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında mühüm rol oynayır.
Qeyd edək ki, 2004-cü ildən etibarən keçirilən bu yarışlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş respublika idman yarışlarında yüksək nəticələr göstərərək seçilmiş ittifaq üzvləri iştirak edirlər.
ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər

ETİHİ üzvləri Müəllimlərin XXII Yay İdman Oyunlarında uğurla çıxış edirlər
Bolqarıstanın Albena şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin (ETUCE) üzv təşkilatlarının nümayəndələrinin iştirakı ilə Müəllimlərin XXII Yay İdman Oyunları keçirilir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) üzvləri də bu beynəlxalq yarışlarda iştirak edirlər.
Azərbaycan təmsilçiləri mini-futbol, stolüstü tennis, basketbol, çimərlik voleybolu və şahmat olmaqla 5 idman növündə mübarizə aparırlar.
Avqustun 27-28-də keçirilən yarışlarda ittifaq üzvlərimiz bir sıra uğurlu nəticələr əldə ediblər.
Mini-futbol üzrə komandamız qrup mərhələsini 6 xalla başa vuraraq yarımfinala yüksəlib. Yarımfinalda Bolqarıstanın “Vraça” komandasını 3:1 hesabı ilə məğlub edən təmsilçilərimiz finala vəsiqə qazanıblar.
Stolüstü tennis üzrə qadın və kişi komandalarımız da qrup mərhələsində keçirdikləri bütün qarşılaşmalarda qələbə qazanıblar. Qadınlardan ibarət komandamız 6 xalla, kişilərdən ibarət komandamız isə 8 xalla qrup mərhələsini lider kimi başa vuraraq final mərhələsinə yüksəliblər.
Şahmat üzrə fərdi yarışlarda Şəmkir rayon Kimya-biologiya təmayüllü liseyin müəllimi Bünyad Əsgərov I yeri tutub. O, həlledici qarşılaşmada Polşanın “ZNP” komandasının təmsilçisinə qalib gələrək yarışın qalibi olub.
Qeyd edək ki, Müəllimlərin Yay İdman Oyunları 2004-cü ildən etibarən ənənəvi olaraq hər il Bolqarıstanda keçirilir. Oyunlarda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümlərinə həsr edilən ölkədaxili idman yarışlarında yüksək nəticələr göstərərək münsiflər heyəti tərəfindən seçilən ittifaq üzvlərimiz iştirak edirlər.
Yarışlar avqustun 30-dək davam edəcək.
İTİF THİK-in təşəbbüsü ilə küçə pişikləri üçün qida və su təmin edilmişdir.

İTİF THİK-in təşəbbüsü ilə küçə pişikləri üçün qida və su təmin edilmişdir.
🐾 Sosial məsuliyyət layihəsi çərçivəsində ADNSU THİK-in təşkilatçılığı və İTİF THİK-in təşəbbüsü ilə küçə pişikləri üçün qida və su təmin edilmişdir.
Bu təşəbbüslə cəmiyyətimizdə heyvanlara qarşı qayğı və mərhəmət hissinin təşviq olunmasına töhfə vermək məqsədi daşıyırıq. Unutmayaq ki, kiçik bir qayğı belə böyük bir fərq yarada bilər. ❤️🐱
ADNSU tələbələri qış düşərgəsi çərçivəsində Quba rayonunda yerləşən “Nazlı Bulaq” İstirahət Mərkəzinə səfər ediblər

ADNSU tələbələri qış düşərgəsi çərçivəsində Quba rayonunda yerləşən “Nazlı Bulaq” İstirahət Mərkəzinə səfər ediblər
ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə ADNSU tələbələri qış düşərgəsi çərçivəsində Quba rayonunda yerləşən “Nazlı Bulaq” İstirahət Mərkəzinə səfər ediblər.
Düşərgədə THİK-in fəal üzvləri iştirak ediblər. İki gün ərzində tələbələr asudə vaxtlarını səmərəli şəkildə dəyərləndirib, istirahət edib və əyləncəli proqramlarda iştirak ediblər.
ADNSU tələbələri üçün yaradılan bu şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına (ETİHİ) dərin təşəkkürümüzü bildiririk.
20 Yanvar – Ümumxalq Hüzn Günü 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq ADNSU THİK kollektivi Şəhidlər Xiyabanını ziyarət etmişdir.

20 Yanvar – Ümumxalq Hüzn Günü 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq ADNSU THİK kollektivi Şəhidlər Xiyabanını ziyarət etmişdir.
20 Yanvar – Ümumxalq Hüzn Günü
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq ADNSU THİK kollektivi Şəhidlər Xiyabanını ziyarət etmişdir. Ziyarət zamanı Vətənimizin azadlığı və xalqımızın müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilmiş, məzarları önünə gül dəstələri qoyulmuşdur.
20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq, mübarizə və azadlıq iradəsinin simvoludur. Bu faciəvi gün tariximizdə həm hüzn, həm də qürur günü kimi daim yaddaşlarda yaşayacaqdır. Şəhidlərimizin ruhu qarşısında baş əyir, onların əziz xatirəsini daim uca tuturuq.
Ruhları şad olsun. 🕊️
SABAH THİK kollektivi olaraq "Nur uşaq evini" ziyarət etdik.

SABAH THİK kollektivi olaraq "Nur uşaq evini" ziyarət etdik.
SABAH THİK kollektivi olaraq "Nur uşaq evini" ziyarət etdik.
Balaca qəlblərə sevinc bəxş etmək, üzlərdə yaranan təbəssümü görmək bizim üçün ən böyük dəyərdir.
Birlikdə keçirdiyimiz bu vaxt bizə bir daha xatırlatdı ki, paylaşmaq, qayğı göstərmək və sevgi bəxş etmək cəmiyyətimizi daha da gözəlləşdirir
Uşaqların saf sevinci və səmimi gülüşləri günümüzə xüsusi rəng qatdı.
Bu xoş təşəbbüsün bir parçası olan hər kəsə təşəkkür edirik
İTİF THİK təşəbbüsü ilə "Mehriban" qadın və uşaqlar sığınacağına ziyarət təşkil olundu.

İTİF THİK təşəbbüsü ilə "Mehriban" qadın və uşaqlar sığınacağına ziyarət təşkil olundu.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (ADNSU THİK) təşkilatçılığı və İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin Tələbə Həmkarlar İttifaqı Komitəsinin (İTİF THİK) təşəbbüsü ilə "Mehriban" qadın və uşaqlar sığınacağına ziyarət təşkil olundu.
Ziyarətin əsas məqsədi sığınacaqda məskunlaşan qadın və uşaqlara mənəvi dəstək olmaq, onlara tək olmadıqlarını hiss etdirmək və üzlərində kiçik də olsa bir təbəssüm yaratmaq idi.
Həmrəylik və Yeni il nümunəsi olaraq xüsusi stendlər hazırlanmışdır.

Həmrəylik və Yeni il nümunəsi olaraq xüsusi stendlər hazırlanmışdır.
24 dekabr tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində hər bir fakültənin Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Həmrəylik və Yeni il nümunəsi olaraq xüsusi stendlər hazırlanmışdır.
Hazırlanan stendlər tələbələr arasında birlik, həmrəylik və bayram ruhunun gücləndirilməsinə xidmət etmiş, universitet həyatına yeni il ab-havası qatmışdır.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaradılmasının 105 illiyinə həsr olunmuş intellektual yarış keçirilmişdir.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaradılmasının 105 illiyinə həsr olunmuş intellektual yarış keçirilmişdir.
13 dekabr tarixində ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsi, "MAQNAT" İntellektual Oyunlar Klubu və "Olympus Mind" UFAZ İntellektual Oyunlar Klubunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yaradılmasının 105 illiyinə həsr olunmuş intellektual yarış keçirilmişdir.
20 komanda və 100-dən çox iştirakçının qatıldığı bilik müsabiqəsində komandalar arasında gərgin rəqabət yaşanmışdır.
Sonda hamını qabaqlamağı bacaran "FelinAZii" komandası birinci yerə, onlardan sadəcə 4 xal az toplamış "Vendetta" komandası ikinci yerə və maraqlı oyun göstərmiş "Veritas" komandası isə üçüncü yerə çıxmışdır.
Yarışın sonunda qaliblər dəyərli hədiyyələr, diplom, kubok və medallarla mükafatlandırılmışdır.
Bir daha qalib komandaları səmimi qəlbdən təbrik edir, onlara gələcək yarışlarda da uğurlar arzulayırıq.
ADNSU-nun 105 illiyinə həsr olunmuş Basketbol Turniri uğurla başa çatdı!

ADNSU-nun 105 illiyinə həsr olunmuş Basketbol Turniri uğurla başa çatdı!
ADNSU THİK-in təşkilatçılığı ilə ADNSU-nun 105 illiyinə həsr olunmuş Basketbol Turniri uğurla başa çatdı! 🏀
Turnir boyunca komandalar arasında gərgin mübarizə, yüksək oyun səviyyəsi və komanda ruhu nümayiş olundu. Maraqlı və rəqabətli oyunların nəticəsinə əsasən:
🥇 I yer — El TURCO
🥈 II yer — Baybars
🥉 III yer — BG komandası
Qalib komandaları ürəkdən təbrik edir, turnirdə iştirak edən bütün komandalarımıza təşəkkür edirik. Bu cür idman tədbirləri tələbələr arasında sağlam həyat tərzinin, birlik və həmrəyliyin təşviqinə xidmət edir.
ADNSU THİK-in təşkilatçılığı ilə ADNSU-nun 105 illiyinə həsr olunmuş Voleybol Turniri uğurla başa çatdı!

ADNSU THİK-in təşkilatçılığı ilə ADNSU-nun 105 illiyinə həsr olunmuş Voleybol Turniri uğurla başa çatdı!
ADNSU THİK-in təşkilatçılığı ilə ADNSU-nun 105 illiyinə həsr olunmuş Voleybol Turniri uğurla başa çatdı! 🏐
Turnir boyunca tələbələr arasında sağlam rəqabət, komanda ruhu və idmana böyük maraq nümayiş etdirildi. Gərgin və maraqlı oyunların nəticəsinə əsasən 614.25E qrupu turnirin qalibi oldu.
Qalib komandanı ürəkdən təbrik edir, iştirak edən bütün komandalarımıza təşəkkür edirik. Bu cür idman tədbirləri tələbələr arasında birlik, həmrəylik və sağlam həyat tərzinin təşviqinə xidmət edir.
ADNSU THİK-in təşkilatçılığı ilə ADNSU-nun 105 illiyinə həsr olunmuş Voleybol Çempionatı davam edir!

ADNSU THİK-in təşkilatçılığı ilə ADNSU-nun 105 illiyinə həsr olunmuş Voleybol Çempionatı davam edir!
ADNSU THİK-in təşkilatçılığı ilə ADNSU-nun 105 illiyinə həsr olunmuş Voleybol Çempionatı davam edir! 🏐
İndiyədək keçirilən oyunlarda aşağıdakı komandalar qalib olmuşdur:
• 521.25 vs 602.25 — qalib: 521.25
• 527.25 vs 233.25 — qalib: 527.25
• 614.24E vs ZU055 — qalib: 614.24E
Çempionat maraqlı və gərgin qarşılaşmalarla davam edir. Bütün komandalara növbəti oyunlarda uğurlar arzulayırıq.


