“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Sədr

Sədr

Gəncəyev Namiq Etibar oğlu

Doğum tarixi

1983: anadan olmuşdur.


Təhsil

2000-ci ildə keçmiş Azərbaycan Dövlət Neft Akademiyası (indiki ADNSU) Energetika fakültəsinin “Elektrik təchizatı” ixtisasına daxil olmuşdur. 

2004-cü ildə bakalavr pilləsini bitirib, həmin ixtisas üzrə magistratura təhsili almışdır.

2006-cı ildə magistratura pilləsini fərqlənmə diplomu ilə bitirmiş və həmin ildə keçmiş Azərbaycan Dövlət Neft Akademiyasının (indiki ADNSU) aspirantura əyani şöbəsinin “Energetika sistemləri və kompleks” ixtisasına daxil olmuşdur.

Karyera

2000-2015-ci il aralığında Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Tələbə Həmkarlar İttifaqının sədr müavini vəzifəsində çalışmışdır. 

2000-ci ildən Yeni Azərbaycan Partiyasına üzvdür. 

2010-cu ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin yaradılmasının 90 illik yubileyi ilə əlaqədar Fəxri Fərmanla təltif olunmuşdur.

2014-cü ildə Təhsil Nazirliyi tərəfindən ictimai həyatda fəallığına görə Fəxri Fərmanla təltif edilmişdir. 

2015-ci ildə Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilmişdir.

2015-ci ildə “Müstəqilliyimiz, gəncliyimiz və gələcəyimiz” tələbə ayı çərçivəsində fəal iştirakına görə Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatı tərəfindən diplom ilə təltif olunmuşdur.

2016-cı ildə AƏSMA-da “Həmkarlar İttifaqı təşkilatının əsasları” mövzusu üzrə kursda iştirakına görə sertifikatla təltif edilmişdir.

2016-2021-ci illər ərzində YAP ərazi ilk təşkilatında sədr müavini olub.

Nəsimi YAP Gənclər Təşkilatının idarə heyətinin üzvü olub.

2017-ci ildə III Kimya Elmləri və Texnologiyaları Üzrə Beynəlxalq Türk Konfransında iştirakına görə sertifikatla təltif olunmuşdur.

2020-ci ildə Təhsil Naziri tərəfindən Universitetin 100 illik yubileyi münasibətilə və səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur.

2021-ci ildə Təhsil İşçiləri Respublika Komitəsinin 100 illik yubileyi münasibətilə döş nişanı ilə təltif edilmişdir.

2021-ci ildə ADNSU-nun 100 illik yubileyi münasibətilə “Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi (1920-2020) yubiley medalı” ilə təltif olunmuşdur.